Dağıstanda terror planlaşdıran 12 nəfər saxlanıldı

08.12.2024

Lent az saytına istinadən Icma.az xəbər verir.

Dağıstanda hüquq-mühafizə orqanlarının əməkdaşları ölkədə böyük terror aktı törətməyi planlaşdıran qruplaşmanın 12 üzvünü saxlayıblar.

Lent.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Şübhəlilərin yaşayış ünvanlarında aparılan axtarışlar zamanı atıcı silahlar, hər birinin tutumu 1 kq trotil olan 2 ədəd kustar üsulla hazırlanmış partlayıcı qurğu, onların hazırlanması üçün komponentlər, ümumi çəkisi 1 min kq olan 20 kisə ammonium nitrat və döyüş sursatı aşkar edilərək götürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью