Dağıstanda terror şəbəkəsi yaratmaqda şübhəli bilinənlər həbs olunub

02.12.2024

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Mahaçqala məhkəməsi terror şəbəkəsi yaratmaqda və partlayıcı maddələr hazırlamaqda şübhəli bilinən Dağıstanın beş sakinini həbs edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Ali Məhkəməsindən bildirilib.

"Mahaçqalanın Sovet rayon məhkəməsi respublikanın beş sakini barəsində həbs qətimkan tədbiri seçib", - məlumatda qeyd olunub.

Ali Məhkəmənin məlumatına görə, terror cəmiyyəti yaratmaq və partlayıcı maddələr hazırlamaq da daxil olmaqla bir sıra maddələr üzrə cinayət işləri açılıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью