Dağıstanda terror şəbəkəsinin rəhbəri saxlanıldı FTX nin əməliyyatı VİDEO

26.06.2026

Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dağıstanda beynəlxalq terror şəbəkəsinin yaradıcılarından və administratorlarından biri olduğu iddia edilən şəxs saxlanılıb.

Sitat.info xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxsin Ukrayna xüsusi xidmət orqanlarının koordinasiyası ilə fəaliyyət göstərdiyi və yeniyetmələri məktəblərə hücumlar, terror aktları, eləcə də saxta araşdırma və təxribat xarakterli fəaliyyətlərə cəlb etdiyi iddia olunur.

FSB bildirib ki, aparılan araşdırmalar zamanı saxlanılan şəxsin ən azı 15 terror xarakterli cinayətin təşkilində iştirak etdiyi müəyyən edilib.

Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Səid,

Sitat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью