Dağıstanda yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib

29.08.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Dağıstanın Sulevkənd kəndində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

Xalqcebhesi.az xəbər verir ki, Rusiya regionunda baş verən insident barədə Telegram kanalında “Baza” nəşri məlumat yayıb.
İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Mash Telegram kanalının məlumatına görə, yerli sakinlər təxliyəyə başlayıb. Partlayış və daha sonra yanğın baş verən əraziyə təcili tibbi yardım xidmətləri göndərilib.
Hazırda hadisənin səbəbləri araşdırılır.

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью