Dağıstanın dövlət katibi saxlanılıb YENİLƏNİB

25.06.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Rusiya Federasiyasının Dağıstan Respublikasının dövlət katibi Maqomed-Sultan Maqomedov saxlanılıb.

Bakıvaxtı.az bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.

***

11:14

Dağıstan başçısının və hökumətinin administrasiya binasında axtarışlar aparılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən yazır.

Agentliyin məlumatına görə, axtarışlar Dağıstan dövlət katibi Maqomed-Sultan Maqomedovun kabinetində aparılır.

Regionun güc strukturlarındakı digər mənbə qeyd edib ki, axtarışlar Maqomedova qarşı açılmış cinayət işi çərçivəsində bir neçə ünvanda aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью