Dağlarda 14° şaxta var Fotolar

14.12.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir”.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Qafqazinfo”ya bildirib ki, səhər saatlarında müşahidə olunan güclü şimal-qərb küləyi  bəzi ərazilərdə tədricən zəifləyib.  

Bakıda və Abşeron yarımadasında küləyin sütəti  20 m/s, Naftalan və Mingəçevirdə 26  m/s, Gəncədə 20 m/s, Daşkəsən, Ağdam, Şəmkirdə 18 m/s-dir.

Onun sözlərinə görə, hazırda Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Göygöl, Qobustan,  Quba, Qusar, Xaltan, Şahdağ, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada sulu qar, qar yağır:

“Bəzi yerlərdə intensiv xarakterlidir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3°-dək isti, Naxçıvan MR-da 6°-dək şaxta, Qarabağ və Şərqi-Zəngəzurda 2°-dək şaxta, dağlıq rayonlarda 9-14° şaxta, Aran rayonlarında 5°-dək isti təşkil edir”.




Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью