Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır. Məmmədhüseyn Əliyev – 100 Lənkəran Dövlət Dram Teatrında görkəmli yazıçı, dramaturq,
İştirakçılar əvvəl teatrın foyesində yazıçının kitablarından, fotoşəkillərindən və haqqında yazılmış qəzet, jurnal materiallarından, məişət
Teatrın aparıcı səhnə ustası Aynur Əhmədova yubilyarın zəngin tərcümeyi-halından söhbət açıb.
Ustad yazıçının şərəfli, keşməkeşli ömür yolu haqqında Hafiz Mirzənin “Dağlar oğlu Məmmədhüseyn Əliyev” adlı sənədli filmi nümayiş olunub.
Bildirilib ki, unudulmaz qələm sahibi 1925-ci il aprel ayının 28-də Lerik rayonunun Gürdəsər kəndində dünyaya göz açıb.
Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Lerik və Lənkəran rayon məktəblərində müəllim, məktəb direktoru, Lənkəran pedaqo
1978-ci ildən ömrünün sonuna – 6 iyun 1994-cü ilə kimi Azərbaycan Yazıçılar Birliyinin Lənkəran zona şöbəsinin məsul katibi olub.
Ədəbiyyata şeirlə gəlmiş yazıçı 1958-ci ildə planetimizin qocaman sakini, Lerikin Pirasora kəndində 150 il ömür sürmüş Mahmud Eyvazov haqqında Moskvada “Sovetskiy pisatel” nəşriyyatında çap olunmuş “Dağlar oğlu” romanı ilə keçmiş İttifaqda da istedadlı nasir kimi şöhrət qazanıb.