Dağlıq bölgələrdə qar yağdı

08.11.2026

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağıb.

"Yeni Sabah" xəbər verir ki, qar örtüyünün hündürlüyü Şahdağda 3, Kəlbəcərdə 2 sm-dir.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Maştağada 18, Binədə 12, Bakıda 11, Sumqayıtda 4 mm-dir. Sezar pizza

Rayonlara düşən yağıntının miqdarı:

Şahbuz, Sarıbaşda (Qax) 12, Naxçıvan, Ordubad, Sədərək, Zaqatalada 9, Gədəbəy, Ağstafada 8, Şərur, Culfada 7, Xaçmazda 6, Qubada 5, Qusar, Balakəndə 4, Lerikdə 3, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Nefçalada 2, Naftalan, Ceyrançöl, Şəki, Oğuz, Şamaxı, Qobustan, Xızı, Xaltan, Qrız,Tərtər, Bərdə, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Şabran, Sabirabad, Saatlı, Ağdam, Goranboy, Biləsuvar, Astara, Yardımlıda 1 mm-dir. Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə də arabir yağış yağıb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Mingəçevirdə 28, Bakıda və Abşeron yarımadasında 26, Goranboyda 23, Naftalanda 22, Şabran, Tərtərdə 18 m/s-dək güclənir.

Şərur, Daşkəsən, Göygöl, Sarıbaş (Qax), Şəki, Şamaxı, Qobustan, Altıağac, Qusar, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью