Icma.az bildirir, Reyting.az portalına istinadən.
Cəlilabad rayonunun Zopun kəndi ərazisində güclü yanğın başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq texnikası və canlı qüvvəsi cəlb olunub.
Reyting.az xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dağlıq ərazidə başlayan yanğının söndürülməsi tədbirlərini davam etdirirlər.
Yanğın baş verən ərazidə bir nəfərin tüstüdən zəhərləndiyi bildirilir. Əraziyə təcili tibbi yardım briqadası da cəlb olunub.