Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq. Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bununla bağlı Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, dekabrın 8-i saat 11:00-a olan məlumata əsasən, ölkənin bəzi ərazilərində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə qar yağır.
Qar örtüyünün hündürlüyü Qubada (Qrız) 9 sm, Şahbuzda 5 sm, Qusarda (Laza) 2 sm olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 7 mm-dək olub.
Sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Qubada 16 m/s-dək güclənib.
Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Naftalan, Qobustan, Şamaxı, Qax (Sarıbaş), Yevlax, Cəfərxan, Hacıqabul, Göyçay, Lerikdə duman müşahidə olunub.
Dumanda görünüş 50 m-dək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 6, Aran rayonlarında 6 d