Dağlıq ərazilərdə şaxta var

31.01.2025

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Şamaxı, Yevlax, İmişli, Sabirabad, Hacıqabul, Neftçala, Biləsuvar, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 2 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью