Dağlıq ərazilərə qar yağıb, 14 dərəcəyədək şaxta qeydə alınıb FAKTİKİ HAVA

02.12.2024

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bununla bağlı Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Dekabrın 2-si saat 9:00-a olan məlumatına əsasən, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3, Lənkəran-Astara bölgəsində 17, Balakən-Şəki zonasında 7, Quba-Qusar və Mərkəzi-Aran rayonlarında 4, Qarabağ və Şərqi Zəngəzur bölgəsində isə 3 mm-dək olub.

Dağlıq ərazilərə qar yağıb, yağan qar örtüyünün hündürlüyü Şahbuzda 17, Qrızda 12, Şahdağda 8, Lazada (Qusar) 3, Altıağacda 2 sm olub.

Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Quba, Qəbələ, Şamaxı, Qusar, Qrız, Göyçay, Ağdam, Beyləqan, Tərtərdə duman müşahidə olunub, görünüş 500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 6, Naxçıvan MR-də 3 dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq rayonlarda 14 dərəcəyədək şaxta qeydə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью