Dağlıq ərazilərə qar yağıb, Bakıda küləyin sürəti 28 m/s dək güclənib FAKTİKİ HAVA

04.02.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fevralın 4-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Lerik, Quba və Qaxa (Sarıbaş) qar, əksər bölgələrə isə yağış yağır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Goranboyda 23, Bərdə və Naftalanda 21, Gəncədə 20, Şəki və Mingəçevirdə 18, Şəmkir və Tərtərdə 16, Culfa və Yevlaxda 15 m/s-dək güclənir.

Dənizdə dalğanın hündürlüyü 3.8 metrdir.

Daşkəsən, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Şahdağ, Göyçay, Lerik, Astara, Sabirabadda duman müşahidə olunur, görünüş məsafəsi 300 metrədək məhdudlaşır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью