Dağlıq rayonlara qar yağır

15.01.2026

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata əsasən, yağan qarın hündürlüyü Əlibəydə (Zaqatala) 41, Sarıbaş (Qax) və Şahbuzda 35, Kişçayda (Şəki) 26, Laçında 25, Kəlbəcərdə 23, Qrızda 22, Xaltanda 17, Lerikdə 13, Şuşada 12, Qusarda 11, Xınalıq və Xızıda 10, Şahdağ və Qubada 9, Qobustan və Qəbələdə 7, Gədəbəydə 6, Xankəndi və Oğuzda 5, Sədərəkdə 3, Xocalı və Balakəndə 1 sm-dir.
Balakən, Qax, Şəki, Qəbələ, Oğuz, Şamaxı, Quba, Qusar, Zaqatala, Qrız, Xaltan, Şahdağ, Mingəçevir, Göyçay, Lerik, Daşkəsəndə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью