Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dekabrın 08-i saat 11:00-a olan məlumatına əsasən, Azərbaycanın bəzi ərazilərində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə qar yağır.Reyting.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, Qubada (Qrız) 9 sm, Şahbuzda 5 sm, Qusarda (Laza) 2 sm qar var.Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 7 mm-dək olub.Sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Qubada 16 m/s-dək güclənib.Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Naftalan, Qobustan, Şamaxı, Qax (Sarıbaş), Yevlax, Cəfərxan, Hacıqabul, Göyçay, Lerikdə duman müşahidə olunub.
Dumanda görünüş 50 m-dək məhdudlaşıb.Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 6, Aran rayonlarında 6 dərəcəyədək isti, dağlıq rayonlarda isə 4 dərəcəyədək şaxta qeydə alınıb.Müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 09-u gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.
Ana səhifəyə dön Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.