Dağlıq rayonlarda şaxta qeydə alınıb Faktiki hava

22.12.2024

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 22-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 21-i Neftçalada 1 mm-dək çiskinli yağış yağıb.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, Naftalan, Şəmkir, Şamaxı, Qobustan, Göyçay, Zərdab, Lerikdə duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Aran rayonlarında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Naxçıvan MR-da 4, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью