Dağüstü Parkdan şəhərə açılan ecazkar mənzərə

29.05.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 29 may, AZƏRTAC

AZƏRTAC “Mən turist olsaydım” rubrikası çərçivəsində Azərbaycanın müxtəlif rayonlarında, eləcə də Bakı və onun ətrafında yerləşən maraqlı, lakin az tanınan görməli yerlər barədə məlumat verməyə davam edir. Bu dəfə yolumuz Bakının ən hündür nöqtələrindən birinə — Dağüstü Parkadır.

Bakının mərkəzində yerləşən Dağüstü Park həm yerli sakinlərin, həm də turistlərin ən çox üz tutduğu istirahət məkanlarından biridir. Parka funikulyor vasitəsilə də rahat şəkildə getmək olar və bu da onu daha əlçatan və cazibədar edir.

Buradan Bakı silueti və Xəzər dənizinə doğru açılan mənzərə olduqca baxımlı və füsunkardır.

Bakıya səfərə gələnlər üçün Dağüstü Park həm gözəl mənzərəsi, həm də Bakının tarixi və müasir memarlıq nümunələrini yüksək nöqtədən seyr etmək baxımından gözəl imkan yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью