Daha 109 dövlət maşını satıldı

15.01.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 109 nəqliyyat vasitəsi satılıb.

Axar.az quruma istinadən xəbər verir ki, hərrac rəqabətli keçib.

Belə ki, start qiyməti 2800 manat olan “Kamaz 6520” markalı avtomobil 10500 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərraclar 28 və 30 yanvarda keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью