Daha 15 ailə doğma yurda qovuşdu FOTOLAR

19.11.2025

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Noyabrın 19-da Ağdam rayonunun Xıdırlı kəndinə köç karvanı yola salınıb.

"Unikal" xəbər verir ki, Ağdamın Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xıdırlı kəndinə 73 nəfərdən ibarət 15 ailə köçürülüb. Köçürülən ailələrə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью