Daha 155 nəfər doğma yurda döndü FOTOLAR

19.11.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Soltanlı kəndinə 16 ailə (80 nəfər), Cahangirbəyli kəndinə isə 19 ailə (75 nəfər) köçür.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, Vətən uğrunda canlarından keçən şəhidlərə rəhmət diləyiblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью