Daha 18 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

10.08.2026

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Sentyabrın 15-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

"AzPolitika" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 58 min 175 manat olan 18 nəqliyyat vasitəsi çıxarılacaq.

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью