Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirilib

14.05.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukraynalı uşaqlardan ibarət daha bir qrup Bakıya gəlib.

APA xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev "X" hesabında paylaşım edib.

Qeyd edilib ki, 18 ukraynalı uşaq Azərbaycanda peşəkar tibbi-psixoloji dəstək və reabilitasiya proqramından keçəcək.

Bildirilib ki, 2022-ci ildən bu günədək ümumilikdə 594 ukraynalı uşaq Azərbaycanda istirahət və bərpa imkanından yararlanıb.

Səfir göstərilən həmrəylik və dəstəyə görə Azərbaycana təşəkkür edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью