Daha 2 cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayacaq

24.04.2025

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın daha iki cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.

Apasport.az xəbər verir ki, bu gün Rəşid Məmmədəliyev (73 kq) və Fidan Əlizadə (57 kq) tatamiyə çıxacaqlar.

Ötən gün beş idmançı qüvvəsini sınayıb və yalnız Əhməd Yusifov (60 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Cüdoçularımızın rəqibləri bəlli olub Millimiz 12 komanda ilə qarşılaşacaq Avropa çempionatı: Hidayət Heydərov millinin heyətindən çıxarılıb Bakıda dan dərəcələri üzrə seminar və imtahan baş tutacaq Goranboyda məşqçilər üçün peşəkar inkişaf proqramı yekunlaşıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью