Daha 2 tiktoker həbs olundu

27.12.2024

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılan tiktoker "Xan" ləqəbli Əsgər Əlizadə və "Magerramoff" ləqəbli Tiktoker Əmrah Məhərrəmov da həbs edilib.

Axşam.az "Unikal.az"a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə Xan ləqəbli Tiktoker Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma)  maddəsi ilə təqsirli bilinərək barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Eləcə də də Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən Mageramov ləqəbli Tiktoker barəsində də eyni maddə ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, “TikTok” əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью