Daha 2 uşağın vəziyyəti ağırlaşdı

06.04.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan daha ikisinin vəziyyəti ağırlaşıb.

Bu barədə  Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən verilən birgə məlumatda bildirilib. 

Qeyd olunub ki, Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 4 uşağın (kişi) müalicəsi davam etdirilir:

“Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyətləri ağır, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti stabildir. Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə edilən 1 nəfərə (qadın cinsli) isə meninqoensofalit diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir”. 

Qeyd edək ki, aprelin 1-də Sumqayıtda Xəzri bağları adlanan yaşayış massivində 9 uşaqlı ailənin 6 övladı dəm qazından zəhərlənmişdi. Aprelin 4-də zəhərlənən uşaqlardan ən kiçiyi, 2 yaşlı Gülcənnətin həyatını xilas etmək olmayıb. 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью