Daha 23 qəzzalının cəsədi aşkar edilib

01.03.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Qəzza zolağında son 48 saatda dağıntılar altından daha 23 fələstinlinin cəsədi çıxarılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumatı Fələstin Səhiyyə Nazirliyi açıqlayıb.

Ərazidən geri çəkilən İsrail ordusundan sonra cəsədlər dağıntılar altından tapılıb. Bildirilir ki, cəsədlər bölgədən çıxmaq istəyən, amma bunu bacarmayan fələstinlilərə aiddir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью