Daha 25 qovşaq və 2 tunel inşa ediləcək AAYDA (VİDEO) | Icma.az
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi davam etdirilir.
AAYDA-dan "Unikal"a verilən məlumata görə, uzunluğu 29 kilometr olan avtomobil yolu 1A texniki dərəcəli və 6 hərəkət zolaqlı olmaqla inşa edilir.
Layihə üzrə 10 qovşağın, 14 körpünün, 1 kommunikasiyalar üçün kanal körpüsünün, 1 qapalı və 1 üstü açıq tunelin tikintisi nəzərdə tutulub.
3 körpünün tikintisi üzrə 80%, 1 körpü üzrə 90%, 3 qovşaq körpüsü üzrə 70%, 1 tunelin tikintisi üzrə isə 30% iş yerinə yetirilib.
Həmçinin layihədə 7 düzbucaqlı keçidin, 33 dairəvi və müxtəlif diametrli boruların, həmçinin drenaj quyuların tikintisi, müxtəlif ölçülü drenaj borularının və yol boyunca ehtiyat keçid boruların quraşdırılması işləri həyata keçirilir.
Hal-hazırda layihə üzrə yolun tikintisi altına düşən yaşayış və qeyri yaşayış obyektlərinin bir hissəsinin söküntüsü, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri də həyata keçirilir.
Bundan başqa layihə boyu 6 km-lik hissədə torpaq yatağının tikintisi (qazma, tökmə, yarasız qruntun yararlı material ilə əvəzlənməsi), 4 km-lik hissədə əsasın alt, üst laylarının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi, 2.250 m3 çiyinlərin bərkidilməsi işləri yerinə yetirilib.
Tam oxu
Xəbəri oxu