Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatının ikinci günündə 3 azərbaycanlı cüdoçu mübarizəyə qoşulacaq.
XQ xəbər verir ki, 73 kq çəki dərəcəsində Əbil Yusubov 1/16 final mərhələsində fransalı Kassim Brosso ilə qarşılaşacaq.
81 kq çəki dərəcəsində Cəsur İbadlı Yaqor Talaka (Belarus) – Sergey Karakin (Ukrayna) cütünün qalibi ilə, Mehdi Abbasov isə monteneqrolu Petar Payoviçlə üz-üzə gələcək.
Təsnifat mərhələsi saat 11:30-da, final bloku isə saat 18:00-da başlayacaq. Yarışın qarşılaşmaları “Judo TV”də canlı yayımlanacaq.