Daha 3 azərbaycanlı Ukraynada həlak oldu Biri Vətən müharibəsi qazisidir...

24.01.2026

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya-Ukrayna müharibəsində daha 3 azərbaycanlı həlak olub.

Qaynarinfo "Unikal”a istinadən xəbər verir ki, onlardan biri Vətən müharibəsi qazisidir. Rusiya ordusunun sıralarında döyüşən 25 yaşlı Fərid Əfəndizadə 44 günlük Vətən müharibəsində iştirak edib və yaralanıb. O, 3-cü qrup müharibə əlili idi. Mərhum ötən gün Ağdaş rayonunda dəfn edilib.

Bundan başqa, Modern.az-ın məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə iştirak edən 1993-cü il təvəllüdlü Cavidan Maqsud oğlu Əbdülrzayev və 2005-ci il təvəllüdlü Cəlal Zeynal oğlu Zeynalov da həlak olublar.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью