Daha 3 boksçu Avropa çempionatında yarımfinala yüksəldi | Icma.az
futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri davam edir.
Futbolpress.az xəbər verir ki, yarımfinala gedən yolda Azərbaycan millisinin 3 idmançısı döyüşünü qələbə ilə başa vurub.
Tural Sarıyev (48 kq) 1/4 finalda Laşa Kereselidzeni (Gürcüstan) 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Boksçumuz bu mərhələdə türkiyəli Samet Oruc Salihlə döyüşəcək. Nicat Hüseynov (51 kq) da adını yarımfinala yazdırıb.
O, Rafael Serranoya (İspaniya) 5:0 (29:28, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə qalib gələrək bu hüquqa yiyələnib.
Hüseynov yarımfinalda serbiyalı Omer Ametoviçlə üz-üzə gələcək. Komanda yoldaşlarının uğurunu Murad Allahverdiyev (80 kq) də davam etdirib.
O, 1/4 finalda Matviy Rajbanı (Ukrayna) mübarizədən kənarlaşdırıb – 3:2 (30:27, 30:27, 28:29, 30:27, 28:29).
Tam oxu
Xəbəri oxu