Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın daha 3 boksçusu Monteneqronun Budva şəhərində təşkil olunan U-15 Avropa çempionatında növbəti mərhələyə adlayıb.
Apasport.az Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın üçüncü günündə Onur Qurbanov (42 kq) 1/4 finalda Arkan Zoubi (İsrail) ilə qarşılaşıb.
O, döyüşü 5:0 (29:29, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə xeyrinə bitirib.
Boksçumuz yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edib.
Qurbanov finala gedən yolda Mason Lonqla (İngiltərə) üz-üzə gələcək. Döyüş oktyabrın 24-də baş tutacaq.
Sərxan Haqverdiyev (63 kq) 1/8 finalda Rikardo Karabası (Avstriya) sınağa çəkib.
Boksçumuza rəqibini mübarizədən kənarlaşdırmaq üçün cəmi 57 saniyə kifayət edib. Haqverdiyev tam üstünlüklə qalib gəlib.