Daha 3 nəfər dönərdən zəhərləndi

26.11.2024

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zaqatalada 3 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

Sfera.az xəbər verir ki, rayonun Çobankol kənd sakini 1999-cu il təvəllüdlü İlqar Əhmədov, Mosul kənd sakini 2007-ci il təvəllüdlü S.Səlimova və Qazangül qəsəbə sakini 2016-cı il təvəllüdlü M.Əhmədov qida zəhərlənməsi ilə xəstəxanaya daxil olublar. Onların dönərdən zəhərləndikləri ehtimal olunur.

Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью