Daha 3 xəstəxananın direktoru işdən çıxarıldı TƏBİB də dəyişikliklər genişlənir

21.04.2026

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


TƏBİB sistemində kadr dəyişiklikləri davam edir.

Bakupost.az-a daxil olan məlumata görə, daha 3 iri tibb müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib. Belə ki, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Könül Ələkbərov, Respublika Uroloji Xəstəxanasının direktoru Pərviz Hacıyev və Abşeron Mərkəzi Rayon Xəstəxanasının direktoru Səkinə Sadıxova vəzifəsindən çıxarılıb.

Məlumatlara görə, son qərarlar TƏBİB-də başlanmış genişmiqyaslı idarəetmə və kadr islahatlarının növbəti mərhələsi hesab olunur.

Qeyd edək ki, bundan əvvəl Yeni Klinikanın direktoru, eləcə də bir neçə müşavirin işdən azad olunması barədə xəbərlər yayılmışdı. Bu dəyişikliklər səhiyyə sistemində ciddi yenilənmə prosesinin getdiyini göstərir.

Məsələ ilə bağlı TƏBİB-dən rəsmi açıqlama almaq mümkün olmayıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью