Daha 30 dəqiqə oynasaydıq, əla olardı Kasper Şmeyxel

19.02.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda öz meydanında 1:2 hesabı ilə uduzduğu "Bayern Münhen" ilə Almaniyada heç-heçə edərək (1:1) turnirlə vidalaşan "Seltik"in qapıçısı Kasper Şmeyxel fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Bayern & Germany" belə çatdırıb:

"Futbol bəzən amansız olur. Hər dəqiqədən zövq alırdım. Daha 30 dəqiqə oynasaydıq, əla olardı. Təbii ki, məyusuq. Ancaq geriyə boylansaq, "Bayern" ilə səfərdə heç-heçə etməyimizdən narazı qaldığımızı anlasaq, bu, çox şey deməkdir".

Xatırladaq ki, Almaniya nəhəngi bərabərlik qolunu 90+4-cü dəqiqədə vurub.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью