Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı | Icma.az
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin yaratd
SİMA vasitəsilə xidmətini rəqəmsallaşdıran növbəti qurumlar “Ferrum Capital”, “Aze Bilişim Finans”, “Home Finance” və “Data Support” MMC-lər
“Ferrum Capital” “SİMA KYC” rəqəmsal həlli ilə müştərilərin avtorizasiya olunması xidmətini rəqəmsallaşdırıb.
İstifadəçilər platformaya keçdikdən sonra limitlərinə nəzarət etmək, investisiya etmək, ödənişlər həyata keçirmək və ödəniş tarixçələrini izləmək kimi əməliyyatları icra edə bilərlər.
“Aze Bilişim Finans”ın istifadəçiləri “SİMA KYC” rəqəmsal həlli ilə qeydiyyat, şəxsiyyətin təsdiqlənməsi, müqavilə imzalanması və məxaric əməliyyatlarını rəqəmsallaşdırıb.
“Home Finance" bank olmayan kredit təşkilatı kimi kredit müqavilələrinin imzalanması xidmətini “SİMA İmza” vasitəsilə onlayn formaya keçirib.
“Data Support” isə daxili sənəd dövriyyəsini “SİMA İmza” vasitəsilə rəqəmsallaşdırıb.
SİMA ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır.
Tam oxu
Xəbəri oxu