Daha 48 nəfər Ağdama KÖÇÜRÜLDÜ

28.11.2025

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb.

Modern.az xəbər verir ki, bu mərhələdə kəndə 13 ailə (48 nəfər) köçürülür.

Kəndə köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu köçlə Xıdırlı kəndinə qayıdan ailələrin sayı 568-ə (2 min 243 nəfər) çatacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью