Daha 5 çəkidə mükafatçılar bəlli olub

30.07.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İyulun 30-da cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının III turunda mübarizə davam edib. 

Apasport.az xəbər verir ki, turnirin ikinci günündə 193 cüdoçu tatamiyə çıxıb.

Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışda qızlar arasında 44 kq, 57 kq, +70 kq; oğlanlarda isə 55 kq, 73 kq çəki dərəcəsində medalçılar bəlli olub.

Qeyd edək ki, turnirə sabah yekun vurulacaq. 

Mükafatçıları təqdim edirik:

Qızlar 

44 kq
1. Ayan Həsənli (Judo Club 2012)
2. Ayşən Hüseynzadə (Qara Bəbir Sumqayıt)
3. Məryəm Əhmədzadə (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
3. Aysu Əliyeva (Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ)

57 kq
1. Gülnaz Məmmədtağıyeva (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. Sunay Məcidova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Esmira Bayramova (Xəzri İK)
3. Yağmur Əhmədzadə (Neftçi Sumqayıt) 

+70 kq
1. Dəniz Həbibli (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
2. Aysu Quliyeva (Judo Club 2012)
3. Aişə Jestikina (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
3. Rəhimə İsmiəliyeva (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)

Oğlanlar 

55 kq
1. Hüseyn Məmmədov (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
2. Aqil Nağıyev (RKİM)
3. Rəhim Əliyev (Şuşa UGİM)
3. Rəvan Abuşzadə (Neftçi Sumqayıt)

73 kq
1. Rəsul Qasımov (Judo Club 2012)
2. Əli Əliyev (Neftçi Siyəzən)
3. Yaqub Nərimanzadə (Atilla İK)
3. Məhəmməd Niftəliyev (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)

Natiq Bağırov: “Bu turnir gənc cüdoçular üçün böyük fürsətdir” Bakıda Avropa Cüdo Ümidləri Turnirinə start verilib Avropa Cüdo Ümidləri turnirinin püşkatma mərasimi keçirilib Bakıda beynəlxalq texniki seminara start verilib Bakıda Avropa Cüdo Ümidləri Turniri keçiriləcək
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью