Icma.az, Qol.az saytına istinadən bildirir.
“Bayer” futbolçusu Pyeri İnkapye ilə müqaviləni uzadıb.
QOL.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Ekvador millisinin üzvü ilə yeni sözləşmə 2029-cu ilin iyununa kimi nəzərdə tutulub.
Qeyd edək ki, 2021-ci ildən "Bayer"də çıxış edən müdafiəçi bu mövsüm 22 oyuna çıxıb və 1 qol vurub.