Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Daha 5 il "Mançester Siti"də
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Xorvatiya millisinin müdafiəçisi Yoşko Qvardiolun "Mançester Siti" klubu ilə müqaviləsinin müddəti uzadılıb.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər 2031-ci ilin yayına qədər qüvvədə olacaq yeni müqavilə imzalayıblar. Qeyd olunur ki, klub rəhbərliyi xorvatiyalı oyunçunu komandanın əsas simalarından biri kimi dəyərləndirir.
Xatırladaq ki, Qvardiol 2023-cü ilin yayından "şəhərlilər"in formasını geyinir. Bu müddət ərzində o, İngiltərə təmsilçisinin heyətində 122 matçda meydana çıxaraq 13 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.