Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində vətəndaşlara daha 549 tam təmirli mənzil təqdim edir.
Modern.az bu barədə Fonda istinadən xəbər verir. O cümlədən Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən yaşayış kompleksi üzrə 201 mənzil tək
Kompleksdə mənzillərin aylıq ödənişləri 546 manatdan başlayır.
Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən kompleksdə isə 1 və 2 otaqlı olmaqla 348 mənzil təklif olunur.
Bu kompleks üzrə mənzillərin aylıq ödənişləri 448 manatdan başlayır.
Yeni mənzillər “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən seçim üçün 3 dekabrdan açıq olacaq.
Vətəndaşlar təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.