Daha 66 azərbaycanlı ABŞ də təhsil alacaq

08.08.2025

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Növbəti tədris ilində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində daha 66 azərbaycanlı gənc ABŞ-də təhsil alacaq.

“Qafqazinfo” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, onların 44-ü dünyanın ən nüfuzlu 10 universitetinin siyahısında yer alan ali təhsil müəssisəsinə qəbul olub.

Statistikaya görə, proqram iştirakçıları aşağıdakı universitetlərdə təhsil alacaqlar:

- Kaliforniya Universiteti, Berkeley (University of California, Berkeley) – 16 nəfər

- Kolumbiya Universiteti (Columbia University) – 14 nəfər

- Con Hopkins Universiteti (Johns Hopkins University) – 8 nəfər

- Stanford Universiteti (Stanford University) – 4 nəfər

- Çikaqo Universiteti (University of Chicago) – 4 nəfər

- Karnegi Mellon Universiteti (Carnegie Mellon University) – 4 nəfər

- Yale Universiteti (Yale University) – 4 nəfər

- Micigan Universiteti – Enn Arbor (University of Michigan-Ann Arbor) – 3 nəfər

- Massaçusets Texnologiya İnstitutu (Massachusetts Institute of Technology – MIT) – 2 nəfər

- Kaliforniya Universiteti - Los Anceles (University of California, Los Angeles – UCLA) – 2 nəfər

- Manhattan Musiqi Məktəbi (Manhattan School of Music) – 2 nəfər

- Pensilvaniya Universiteti (University of Pennsylvania) – 2 nəfər

- Harvard Universiteti (Harvard University) – 1 nəfər

- Duke Universiteti (Duke University) – 1 nəfər

Dövlət Proqramı çərçivəsində əvvəlki illərdə ABŞ-də təhsil alanların sayı belə olub:

- 2022-2023 – 26 nəfər
- 2023-2024 – 51 nəfər
- 2024-2025 – 109 nəfər

Qeyd edək ki, 2022-2023-cü tədris ilindən bu günə qədər 252 azərbaycanlı gənc ABŞ-dəki universitetlərə qəbul olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью