Daha 7 il Ombudsman olacaq

03.11.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.

“Qafqazinfo” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Ombudsman vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılıb və Səbinə Əliyeva səs çoxluğu ilə yenidən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib. Belə ki, 100 deputat məsələnin lehinə səs verib.

Ceyhun Qaracayevə 13, Elşanə Vəliyevaya isə 8 səs verilib. 

Qeyd edək ki, bu vəzifəyə Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sənəddə 3 nəfərin namizədliyi irəli sürülüb. Onlar hazırkı Ombudsman Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyeva olub.

Ombudsman 7 il müddətinə seçilir. Eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Səbinə Əliyeva bu vəzifəyə 29 noyabr 2019-cu ildə seçilib.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью