Daha beş məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub AZƏRTAC | Icma.az
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 6 dekabr, AZƏRTAC Dekabrın 6-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, komitənin sədri Azər Əmiraslanov gündəliyə 5 məsələnin daxil edildiyini söyləyib.Əvvəlcə komitə sədri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) mahiyyəti barədə məlumat verib, sənədin zəruriliyini qeyd edib.
Layihəyə əsasən, qanuna alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması ilə bağlı yeni 29-1-ci maddənin əlavə edilməsi təklif olunur.
Həmin maddəyə uyğun olaraq, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən ediləcək.Sonra Azər Əmiraslanov “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib.
Layihə bələdiyyə büdcəsinin gəlir və xərclərinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunmasını təsbit edir.
Dəyişikliklərdə bələdiyyələrə ödənilən xidmət haqlarının və digər yığımlar üzrə hesablaşmaların da nağdsız qaydada həyata keçirilməsi təklif olunur.
Növbəti məsələni – “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Xidməti və mülki silah haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Lotereyalar haqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov təqdim edib.
Nəzərə çatdırılıb ki, sənəddə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna uyğun olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunda müvafiq düzəlişin edilməsi təklif olunur.
Tam oxu
Xəbəri oxu