Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Macarıstan Rusiya neftindən asılılığı azaltmaq və alternativ təchizat mənbələri tapmaq istiqamətində addımlar atır.
Bakıvaxtı.az xəbər verir ki, ölkənin xarici işlər naziri Anita Orban “Telex” nəşrinə müsahibəsində Budapeştin bu niyyətini açıqlayıb.
Nazirin sözlərinə görə, Macarıstanın MOL neft-qaz şirkəti ölkənin yanacaq təminatını qorumaq üçün Xorvatiyanın JANAF operatoru vasitəsilə Rusiyadan kənar neft idxalı üzərində işləyir.
Macarıstan rəhbərliyi Avropa İttifaqının Rusiya qazından mərhələli imtina ilə bağlı müəyyən etdiyi müddətə də əməl etmək niyyətindədir. Anita Orban bildirib ki, Rusiya qazının idxalının dayandırılması üçün son tarix 2027-ci ilin payızıdır.
Nazir əlavə edib ki, ABŞ-nin Macarıstana Rusiya neftinin idxalı ilə bağlı tətbiq etdiyi sanksiyalardan müvəqqəti azadolma müddəti noyabrın 21-də başa çatır. Bu güzəşt “Lukoil” və “Rosneft” şirkətlərindən alınan neftə şamil olunur.
Murad İsmayıl