Daha bir alman klubu Mahir Emrelini İSTƏYİR

18.04.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin xidmətində daha bir klub maraqlıdır.

Redaktor.az sportal.az-a istinadən xəbər verir ki, “Nürnberq”in forvardını 2-ci Bundesliqada çıxış edən “Herta” transfer etmək istəyir. Berlin təmsilçisi Emrelini bu yay heyətinə qatmaqda israrlıdır.

“Nürnberq” müqavilə müddətini artırmaq istəməsə, Mahir bu yay azad agent statusunu daşıyacaq. 

Qeyd edək ki, millimizin üzvü mövsümün əvvəlində “Nürnberq”lə müqavilə imzalamışdı. Onun komandası 29 turdan sonra 2-ci Bundesliqada 44 xalla 8-ci, “Herta” isə 37 xalla 12-ci pillədədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью