Daha bir Avropa aviaşirkəti iflas həddindədir: Bütün uçuşlar dayandırılıb

26.11.2026

Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müəllif:Mehin Qasımova,Banco.az

Norveçin “Norse Atlantic Airways” aviaşirkəti maliyyə çətinlikləri səbəbindən noyabrın 26-dan etibarən bütün uçuşlarını dayandırıb.

Banco.az xəbər verir ki, şirkət rəhbərliyi təcili maliyyələşdirmə təmin edilməyəcəyi təqdirdə iflas elan edə biləcəyini açıqlayıb.

“Norse Atlantic Airways” noyabrın 25-də maliyyə vəziyyətinin kritik həddə çatdığını açıqlayıb. Bu bəyanatdan sonra Oslo Fond Birjasında ticarət olunan şirkətin səhmləri 85%-ə qədər dəyər itirib.

Şirkət rəhbərliyi həmçinin 52 milyon dollar həcmində təminatlı istiqrazların sahibləri ilə danışıqlar aparıb. 15% faiz dərəcəsi ilə buraxılmış bu istiqrazlar aviaşirkətin maliyyə yükünü artıran amillərdən biridir.

Şirkətin maliyyə problemlərinə təsir edən digər amil təyyarələrin lizinqi ilə bağlı müqavilələrdir. “Norse Atlantic”ın 12 ədəd Boeing 787-9 təyyarəsindən altısını əhatə edən Hindistanın “IndiGo” aviaşirkəti ilə müqavilənin müddəti noyabrın 1-də başa çatıb.

Aviaşirkətin fəaliyyətini dayandırması Pakistanın “Pakistan International Airlines” şirkətinin Böyük Britaniyaya uçuşlarına da təsir göstərib. Noyabrın 25-də London–İslamabad və Mançester–Lahor reysləri ləğv edilib.

Yaxın Şərqdəki münaqişələrin enerji bazarlarına təsiri və aviasiya yanacağının bahalaşması hava yolları şirkətlərinin xərclərini artırır. Bu vəziyyət xüsusilə aşağıbüdcəli aviaşirkətlərin maliyyə dayanıqlığına təzyiq göstərir.

“Norse Atlantic Airways” uçuşların dayandırılmasından təsirlənən sərnişinlərdən üzr istəyib. Şirkətin gələcək fəaliyyəti isə maliyyələşdirmə danışıqlarının nəticəsindən asılı olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью