Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransa Prezidenti Emmanuel Makron ölkədə evtanaziyanın qanuniləşdirilməsini nəzərdə tutan qanunu imzalayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə hökumətin rəsmi qəzeti olan “Journal Officiel” məlumat yayıb.
Sənəddə deyilir ki, “Respublika Prezidenti bu qanunu təsdiqləyib”.
18 yaşdan yuxarı Fransa vətəndaşları, eləcə də qanuni olaraq ölkədə daimi yaşayanlar evtanaziya hüququna malik olacaqlar. Xəstəliklərinin son mərhələsində olan ölümcül xəstələr, müalicəsi mümkün olmayan və ya müalicə dayandırıldıqda dözülməz hala gələn əzablar yaşayırlarsa, bu xidmətdən yararlana biləcəklər.
Qeyd edək ki, Fransa, evtanaziyanı qanuniləşdirən Avropada altıncı ölkə oldu. Bu prosedura həmçinin Hollandiya, Belçika, Lüksemburq, İspaniya, Portuqaliya və Kanada da daxil olmaqla bir sıra digər ölkələrdə icazə verilir.
Maqsud