Daha bir avtobus sürücüsü “küsdü” FOTO

22.10.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Bakının ictimai nəqliyyatda növbəti özbaşınalıq və sərnişin narazılığı qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, 5 nömrəli müntəzəm marşrut xəttində çalışan avtobus sürücüsünün etikadan kənar davranışından şikayət dilə gətirilib.

Sürücü bir sərnişinlə mübahisədən sonra avtobusu saxlayaraq çölə çıxıb və təxminən 5 dəqiqə ərzində hərəkəti davam etdirməkdən imtina edib. O, "bir nəfərə görə hamınız yolda qalacaqsınız" deyərək onları yolda qoymaqla hədələyib. pizza hut

Şikayətçi sürücünün küçə ifadələri ilə danışdığını, davranışının və idarəetməyə yanaşmasının bu vəzifəyə uyğun gəlmədiyini bildirib.

Vətəndaşlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək marşrut xətlərinə sürücü seçimi zamanı daha ciddi nəzarət olunmasını və sözügedən sürücü barəsində dərhal intizam tədbirinin görülməsini tələb edirlər.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью