Daha bir azərbaycanlı legioner həyatı yaşayacaq FOTO

01.09.2025

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

Ötən mövsümü “Kəpəz”də keçirmiş Elmir Tağıyevin Qırğızıstanın “Dordoy” klubuna keçidi baş tutmayıb.

Sportal.az xəbər verir ki, Asiya klubuna transferi baş tutmayan Tağıyev Azərbaycana geri qayıtmayıb.

O, Avropada legioner həyatı yaşayacaq. 25 yaşlı futbolçu Kosovo klubuna keçib.

O, yüksək liqa təmsilçisi olan “Dreniça” ilə anlaşıb. Tağıyev mövsümün sonuna qədər bu komandada oynayacaq.

Mirbağırağa

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью