Daha bir azərbaycanlı Rusiya Ukrayna müharibəsində öldü

08.10.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Rusiyanın Saratov vilayətinin Yerşov rayonunun sakini Rəşad Bəymirzəyev Rusiya-Ukrayna müharibəsində həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə rayon administrasiyası məlumat yayıb.

Yerli administrasiya hərbçinin yaşı, bioqrafiyası və ölüm tarixi barədə əlavə məlumat açıqlamayıb.

Məlumata görə, Rəşad Bəymirzəyev vida mərasimi 8 oktyabrda Yerşov şəhərində onun yaşadığı evin qarşısında keçiriləcək.

Bildirilir ki, mərhumun dəfn mərasimi Azərbaycanda keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью